Kənd təsərrüfatı sərgisində dava - 2 polis xəsarət aldı

09:01 23.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Parisdə keçirilən kənd təsərrüfatı sərgisində ziyarətçilərlə sərgi iştirakçıları arasında mübahisə yaranıb.

Hafta.az xəbər verir ki, mübahisə qısa müddətdə davaya çevrilib. Davada iştirak edənlərdən biri soyuq silah tətbiq edərək 2 polis əməkdaşına xəsarət yetirib.

Əlavə polis qüvvələrinin müdaxiləsi nəticəsində hadisənin qarşısı qısa müddətdə alınıb və 15 nəfər saxlanılıb.

Saxlanan şəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıb.